Elan yerləşdirmə qaydaları
1.1. Administrasiya xüsusi forma doldurulduqdan sonra, Administrasiya tərəfindən bloklanmış İstifadəçilər istisna olmaqla, bütün İstifadəçilərə Saytda Elanlar yerləşdirmək hüququ verir.
1.2. Sayt Administrasiyası tərəfindən İstifadəçinin daxil etdiyi e-poçt ünvanının verifikasiyası (yoxlanılması) həyata keçirilir və İstifadəçi üçün Şəxsi kabinetinə giriş açılır.
1.3. İstifadəçi Sayta daxil olmaq üçün təsdiqlənmə kodunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi e-poçt ünvanı və kodundan istifadə etməklə aparılan əməliyyatlara, habelə İstifadəçinin Şəxsi kabinetində aparılan əməliyyatlara görə məsuliyyət daşıyır. İstifadəçi Saytdan yalnız özünün e-poçt ünvanı və telefon nömrəsi vasitəsilə istifadə etmək hüququna malikdir.
1.4. Administrasiya İstifadəçinin Sayta daxil olarkən təqdim etdiyi məlumatın doğruluğunun yoxlanılması üçün xüsusi texniki vasitələrdən istifadə etmək hüququna malikdir.
1.5. İstifadəçi əqli mülkiyyət, müəllif hüququ və/və ya əlaqəli hüquqlar da daxil olmaqla, qanunvericiliyin və ya beynəlxalq hüququn pozulması sayıla biləcək hərəkətlərə, o cümlədən Saytın normal işləməsinə gətirib çıxaran və ya gətirib çıxara biləcək hər hansı digər hərəkətlərə yol verməməyi razılıq verir.
1.6. İstifadəçinin Saytdakı şərhləri və digər qeydləri qanunvericilik tələblərinə və ümumi qəbul edilmiş əxlaq və əqidə normalarına zidd olmamalıdır.
1.7. Administrasiya elanların məzmununa, digər resurslara keçidlərə və elanların təsvirində göstərilən digər məlumatlara görə məsuliyyət daşımır.
1.8. Administrasiyanın İstifadəçi tərəfindən təqdim olunan elanları, bilgiləri və məlumatları dərc etmək hüququ əldə etməsi üçün İstifadəçi Administrasiyaya məlumatlardan, rəsmlərdən, fotoşəkillərdən, məlumat bazalarından, paylaşımlardan, müəllif hüquqlarından və əqli mülkiyyət hüquqlarından, habelə İstifadəçinin bütün məlum və ya naməlum məlumat daşıyıcılarında təqdim etdiyi hər hansı digər məlumatlardan universal (hər yerdə keçərli olan), müddətsiz, geri alınmaz, müstəsna olmayan istifadə etmək, yayımlamaq, paylaşmaq, toplamaq, emal etmək, nümayiş etdirmək, surətini çıxarmaq, dublikatını çıxarmaq, əks etdirmək hüququ verir. Yuxarıda sadalanan hüquqlar Administrasiyaya təmənnasız təqdim edilir. İstifadəçi Saytın bütün istifadəçilərinə yerləşdirdiyi məlumata daxil olmaq hüququ verir. Eyni zamanda, İstifadəçi Saytda yerləşdirdiyi materiallara dair hər hansı əqli mülkiyyət hüququnu özündə saxlayır.
1.9. Administrasiya elanda yerləşdirilmiş hər hansı bilgi və məlumatların İstifadəçi tərəfindən təqdim edilməsi ilə əlaqədar üçüncü şəxslərin hüquqlarının pozulmasına görə məsuliyyət daşımır.
1.10. İstifadəçi Saytın Qaydalarına uyğun olaraq elanlar yerləşdirməyi,Məhsul və onun satış şərtləri haqqında etibarlı və dolğun məlumat təqdim etməyi öhdəsinə götürür. İstifadəçi yerləşdirilən elanda onun Məhsul haqqında qeyd etdiyi məlumatları yoxlamalı və yanlış və ya natamam məlumat aşkar etdikdə, elanda zəruri düzəlişlər və ya əlavələr etməlidir.
1.11. İstifadəçi Məhsula dair elan yerləşdirməklə, bu Məhsulla bağlı elanda göstərilən hərəkətlər etmək hüququna malik olduğunu təsdiqləyir.
1.12. İstifadəçi, bütün patentlər, ticarət nişanları, kommersiya sirləri, əqli mülkiyyət hüquqları da daxil olmaqla, Saytdakı elanlarda bilgi və məlumatların yerləşdirilməsi üçün bütün lazımi hüquqlara, lisenziyalara, icazələrə sahib olduğunu və ya adlarının, şəkillərinin və ya digər obyektlərin istifadə edilməsi üçün üçüncü şəxslərin müvafiq yazılı razılığı, lisenziyası və ya icazəsi olduğunu təsdiqləyir.
1.13. Administrasiya İstifadəçidən yerləşdirilmiş Məhsulla və ya İstifadəçinin təqdim etdiyi məlumatlarla bağlı təsdiqedici sənədlər və/və ya əlavə məlumatlar tələb etmək hüququna malikdir. Sayt bu cür sənədlər və ya məlumatlar təqdim edilənə qədər elan dərc edilməsini təxirə salmaq hüququna malikdir.
1.14. Administrasiya xidmətlərin yüksək keyfiyyətini qoruyub-saxlamaq məqsədilə İstifadəçinin Saytdakı aktiv elanlarının sayını məhdudlaşdırmaq, habelə İstifadəçinin Saytdakı fəaliyyətini məhdudlaşdırmaq hüququna malikdir.
1.15. İstifadəçinin Elanda göstərdiyi Məhsulun təsviri bu Məhsulun satış şərtlərini müəyyən edir.
1.16. Elanda göstərilən xidmət şərtləri və ya Məhsulun təsviri və satış şərtləri, habelə elanın digər şərtləri həm elanın yerləşdirildiyi vaxtda, həm də gələcəkdə qüvvədə olan qanunvericiliyə və bu Razılaşmaya zidd olmamalıdır. Elanın hər hansısa şərti qüvvədə olan qanunvericiliyə və/və ya Razılaşmaya edilən dəyişikliklər nəticəsində qanunvericiliyə və ya bu Razılaşmaya uyğun gəlmirsə və ya o cür qəbul edilirsə, bu cür şərtlər və ya bu cür elan İstifadəçi tərəfindən istənilən uyğunsuzluqların aradan qaldırılacağı şəkildə dolğunlaşdırılmalı və ya dəyişdirilməlidir. Müvafiq dəyişikliklər etmək mümkün olmadıqda, belə lan İstifadəçi tərəfindən ləğv edilməlidir. Bu bənddə göstərilən hallar yaranarsa, Administrasiya İstifadəçini əvvəlcədən xəbərdar etmədən, bu cür elanları redaktə etmək və ya ləğv etmək istiqamətində tədbirlər görmək hüququnu özündə saxlayır.
1.17. Qüvvədə olan qanunvericiliyi pozan, ümumi qəbul edilmiş əxlaq normalarına zidd, təhqiredici və ya yersiz olan, həmçinin üçüncü şəxslərin hüquqlarını pozan elanların Saytda dərc edilməsi qadağandır. İstifadəçi təklifin qüvvədə olan qanunvericiliyi və bu Razılaşmanin şərtlərini pozmadığından əmin olmalıdır. İstifadəçi tərəfindən təqdim olunmuş məlumatlar və onun Saytdakı hərəkətləri aşağıdakı şərtlərə cavab verməlidir:
1.17.1. yalan, qeyri-dəqiq və ya yanıldan, çaşdıran olmamalı;
1.17.2. dələduzluğa, yalana və ya etibardan sui-istifadəyə səbəb olmamalı;
1.17.3. oğurlanmış və ya saxta əşyalarla əməliyyatlara yol açmamalı;
1.17.4. üçüncü şəxsin əmlakına, onun kommersiya sirrinə qəsd etməməli və ya şəxsi həyatının toxunulmazlığı hüququnu pozmamalı;
1.17.5. kimlərinsə şərəf və ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatlar əks etdirməməli;
1.17.6. kimlərəsə qarşı böhtan və ya hədə-qorxu tərkibli olmamalı;
1.17.7. cinayət törədilməsinə və ya etnik ədavətin qızışdırılmasına sövq etməməli;
1.17.8. terrorçuluq və ekstremist fəaliyyətə səbəb olmamalı, onları dəstəkləməməli, onlara səsləməməli;
1.17.9. ədəbsiz olmamalı və ya pornoqrafik xarakter daşımamalıdır;
1.17.10. tərkibində kompüter virusları, habelə hər hansısa bir sistemin məlumatlarına və ya sistemin özünə, yaxud bir qisminə, yaxud şəxsi məlumatlara və ya digər məlumatlara (Servisin məlumatları da daxil olmaqla) zərər vurulmasına, icazəsiz müdaxiləyə məruz qalmasına, gizli ələ keçirilməsinə və ya mənimsənilməsinə yönəlmiş digər kompüter proqramları olmamalı;
1.17.11. tərkibində yerləşdirilən Məhsula aid olmayan, reklam xarakterli materiallar olmamalı;
1.17.12. üçüncü şəxslərin intellektual hüquqlarını, vətəndaş təsviri hüququnu və üçüncü şəxslərin digər hüquqlarını pozmamalı;
1.17.13. Heç bir şəkildə qüvvədə olan Qanunvericiliyi pozmamalıdır.
1.18. Elanda məhsulların satışı, istifadəsi haqqında və ya məhsul və xidmətlərə aid digər məlumatları əks etdirən internet-saytlarının səhifələrinə keçidlər paylaşmaq qadağandır.
1.19. İstifadəçi aşağıdakı mənbələrə dəstək verməməyi və onların təqdim etdiyi xidmətlər haqqında məlumat yaymamağı öhdəsinə götürür:
1.19.1. digər ticarət platformaları, internet-hərraclar və/və ya internet mağazalar;
1.19.2. Saytda təqdim edilən məhsul və xidmətlərə görə eyni və ya daha az qiymət təklif edən digər saytlar;
1.19.3. Saytda satışı qadağan olunmuş məhsul və xidmətləri təklif edən digər saytlar.
1.20. Administrasiya elanı Saytda Məhsula dair elan yerləşdirərkən, İstifadəçinin qeyd etdiyi üsuldan fərqli üsulla yerləşdirilmiş Məhsulu reklam etmək hüququna malikdir.
1.21. Administrasiya özündən asılı olan və ya olmayan səbəblərə görə hər hansı elanın yayımın yerini dəyişmək, saxlamaq, xitam vermək və ya yayınma vaxtını uzatmaq hüququna malikdir.
1.22. Administrasiya Elanları Saytın stilistikasına uyğun olaraq redaktə etmək və onları digər kateqoriyalara keçirmək hüququna malikdir.
1.23. Elanların tərtibatına dair tələblər Saytda elanların yerləşdirilməsi qaydalarının "Qaydalar" bölməsində müəyyən edilmişdir.
1.24. İstifadəçi qüvvədə olan qanunvericiliyə uyğun olaraq, elanların məzmununa görə tam və müstəsna məsuliyyət daşıyır.
1.25. Administrasiya istənilən vaxt İstifadəçidən elan yerləşdirərkən qeyd etdiyi məlumatların təsdiqini və təsdiqedici sənədlər tələb etmək hüququnu özündə saxlayır.
1.26. İstifadəçi Kateqoriya üzrə limitlər çərçivəsində elanları Saytda pulsuz dərc edir. Müəyyən Kateqoriyalar üçün limitlər, Biznes-istifadəçilər üçün limitlər və Limitin tətbiq olunmadığı hallar « Kateqoriya üzrə limitlər» bölməsində qeyd olunmuşdur.
1.27. Sayt İstifadəçinin Şəxsi kabinetinə məktub göndərərək, Limitin tükənməsi barədə məlumat verəcəkdir. İstifadəçinin Saytda və ya Limitin təqdim edilmədiyi Kateqoriyada başqa elan yerləşdirməsi ödənişlidir.
This will close in 0 seconds